Mütəxəssislər qəhvəni oyandıqdan 1 saat sonra içməyi məsləhət edirlər.
Medicina.az xəbər verir ki, araşdırmalara görə, stress hormonu olaraq bilinən kortizol sağlam bir orqanizmdə oyandıqdan sonrakı 1 saat ərzində daha çox olur. Bu müddət ərzində kofein almaq stress hormonlarını artırır, kafeinin fizioloji təsirlərini azaldır. Səhər ac olarkən içilən qəhvə mədə asidinin artmasını sürətləndirir. Qastrit kimi rahatsızlıqları olanların mədə yanması, həzm kimi şikayətləri də artar. Ümumiyyətlə, qəhvənin kalorisi çox aşağıdır. Orta hesabla 1 stəkan qəhvədə 2 kalori vardır.
Bütün qidalarda olduğu kimi qəhvədə də miqdar çox önəmlidir. Gündə ən çox 3-4 stəkan qəhvə içilməlidir.