Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəhvə insult riskini azaldırmı? - Alimlər arasında mübahisə

  • 2017.11.15 10:23
  • 14218 Baxış
Qəhvə insult riskini azaldırmı? -  Alimlər arasında mübahisə
Qəhvənin ürək xəstəliklərini və insult riskini nisbətən azaltdığı, pəhriz və digər müalicə vasitələrindən daha çox faydalı olduğu iddia edilir.


Medicina.az xəbər verir ki, amerikalı alimlər bu qənaətə gəliblər. Müxtəlif pəhrizlərin ürək-damar sistemi ilə arasındakı əlaqələr müşahidə edilib. Məlum olub ki, həftə ərzində qəbul edilən bir fincan qəhvə infarkt və ürək-damar xəstəlikləri riskini 7%-dək azaldır. Eyni zamanda müxtəlif növ xərçəng xəstəliklərinin, qaraciyər xəstəliklərinin qarşısını alır.


Tədqiqatın nəticələri geniş müzakirələrə səbəb olub. Buna səbəb daha əvvəl elmi məqalələrdə insanların gündəlik həyatda qəhvədən istifadə etməsinin (tərkibindəki kofein ürək-damar xəstəliklərinin yaranmasına şərait yaradır) vaxtından əvvəl ölüm riskini artırdığı qeyd edilirdi.


Qeyd edək ki, alimlər bu istiqamətdəki araşdırmaları davam etdirəcəklərini bildiriblər.