Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəhvə ilə konyakı qarışdırmaq böyrək və ürəyi sıradan çıxarır

  • 2024.01.12 17:22
  • 1016 Baxış
Qəhvə ilə konyakı qarışdırmaq böyrək və ürəyi    sıradan çıxarır
Bir çox insanlar qəhvəyə konyak əlavə edərək içkinin effektini ikiqat artırır.


“Medicina” xəbər verir ki, cərrah Aleksandr Umnov bu qarışımın ürək və böyrəklərə təsirindən danışıb:


“Belə təhlükəli “kokteyli” daha çox kişilər içir.

Təsəvvür edin, 1 içkidə kofein və etanol birləşir. Bu maddələr damarlara fərqli təsir edir.

Nəticədə damar spazmı baş verir, kimin ürəyində tıxanma, damarlarında tromb varsa, miokardın işi pozulur. Eləcə də beyin və böyrəkləri yükləyir, hətta belə içkidən sonra böyrək iflası, insult və infarkt ola bilər.

Qəhvə ilə konyak gənc adamlarda ürək çatışmazlığı, aritmiya, təzyiqin yüksəlməsi, böyrək çatışmazlığı yarada bilər.

Nevroloji xəstəliklərdə, nevroz və təşviş pozuntusu zamanı da bu içki olmaz.

Bu zaman yuxu pozuntusu, davranış pozulması, psixozlar olur”.

Aygün