Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəhvə bu mədə-bağırsaq xəstəliyində faydalı imiş – Alimlərin yeni kəşfi

  • 2019.10.30 15:51
  • 5421 Baxış
Qəhvə bu mədə-bağırsaq xəstəliyində faydalı imiş –  Alimlərin yeni kəşfi
Müntəzəm olaraq qəhvə qəbul etmək bir sıra xəstəliklərin simptomlarını aradan qaldırır.


Medicina.az xəbər verir ki, Amerika qastroenteroloqları 35 nəfərin iştirakı ilə tədqiqat apararaq, onların yoğun bağırsağından 97 biopsiya nümunəsi götürüblər. 

Daha sonra alimlər müxtəlif bakteriyaların qəhvə qəbulundan sonra bağırsaqda yayılma dərəcəsini hesablayıblar.


Məlum olub ki, gündə 82,9 miliqram qəhvə içənlərdə faydalı bağırsaq bakteriyaları daha çox, zərərli Erysipelatoclostridium. bakteriyası isə az olmuşdur. 


Alimlər bildirib ki, bağırsağın belə mikroflorada olması sağlamlıq üçün müsbətdir və diabet, qaraciyər xəstəliyi, ürək-damar xəstəliklərini azaldır.


Ona görə də yüksək konsentrasiyada, amma həddi aşmamaq şərti ilə qəhvə içmək insan üçün xeyirlidir.