Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəfildən ürəyiniz sarımsaq istəyir? - Orqanizmin siqnalı

  • 2020.11.27 17:28
  • 2741 Baxış
Qəfildən ürəyiniz sarımsaq istəyir? -  Orqanizmin siqnalı

Orqanizmin qəfildən hansısa qidanı istəməsi müəyyən siqnalalr, çatışmazlıqlardan xəbər verə bilər.
Məsələn, qəfildən şirniyyat, duzlu, şoraba istəyi boşuna deyil.

Bəs birdən –birə soğan, sarımsağa “hücum “ etməyin səbəbi nədir.

Medicina.az xəbər verir ki, ürəyə dəhşətli dərəcədə sarımsaq düşməyin aşağıdakı səbəbləri ola bilər.

- Parazitlər, qurdlar

Helmintozun profilaktikası üçün soğan sarımsaq əvəzsizdir.
İş ondadır ki, məhz bu tərəvəz öd kisəsini qıcıqlandırıraraq, çoxlu öd ifraz etməyə səbəb olur.
Öd isə bağırsaqda parazitləri öldürür.

Orqanizm qurdlarla baş edə bilməyəndə, beyinə soğan sarımsaq siqnalı göndərir ki, insan sarımsaq yeməklə qurdlarla mübarizə mexanimizmini işə salsın

- Qrip, virus

Əgər qəfildən soğan sarımaq yemək istəyi gələrkən, bir iki gün sonra boğaz, burunun qıcıqlanması da baş verərsə heç də təəccüblənməyin.

Deməli orqanizmə hansısa virus daxil olub və orqanizm instiktiv olaraq mübarizə üçün acı qida tələb edir. Çünki acılı qida iltihabla mübarizə aparır, burunda və boğazda yığılan selikli yığıntını tez bədəndən çxarır.


- Stres, yorğunluq və depressiya

İnsanın əhvalı pis olduqda və stresli vəziyyətdə də orqanizm acılı, tünd qida tələb edir. Soğan, sarımsaq və ədviyyatlarda olan maddə endorfin sintezini aktivləşdirir, bu da sinir sisteminə müsbət təsir edir

Bütün bunları nəzərə alaraq, ürəyiniz sarımsaq istədiyi, gözünüz acı qida, sarımsaq axtardığı zaman bunu təxirə salmayın, mütləq yeyin.