Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəfildən diabetin başlaması, xərçəngönü vəziyyət də ola bilər- Onkoloq

  • 2022.09.15 17:46
  • 1705 Baxış
Qəfildən diabetin başlaması, xərçəngönü vəziyyət də ola bilər - Onkoloq


Preddiabet mərhələsi olmadan, qəfildən, bir neçə günün ərzində diabetin başlaması xərçəng hüceyrələrinin mədəaltı vəz hüceyrələrini zədələdiyini göstərə bilər.

"Medicina" xəbər verir ki, diabetin bir neçə səbəbi var.

Amma qəfil başlayan diabetdən ehtiyat etmək lazımdır. Onkoloq Andrey Vorobyev bunun səbəbini açıqlayıb.

"İnsulin hasil edən mədəaltı vəz şiş hüceyrələrinin hücumuna məruz qalanda, insulin hüceyrələri dağılır.

Bu da qısa müddətdə qanda şəkəri kəskin qaldırıb, sürətli diabet yaradır.

Normal çəki ilə əvvəldən şəkər əlamətləri olmayan insanların qəfil diabet olması səbəbi dərindən araşdırılmalıdır.

Diabetin simptomları: tez-tez sidiyə getmə, güclü susuzluq, yorğunluq, çəki itkisi və aclıqdır.

Aygün Musayeva