Bu həftə görünməmiş isti havalar gözlənilir. Bəzi proqnozlara görə, havanın temperaturu gün ərzində 24 dərəcəyədək yüksələcək. Temperaturun belə dəyişməsi sağlamlığımıza necə təsir edəcək?
“Medicina” xəbər verir ki, bu barədə qastroenteroloq Konstantin Spaxov danışıb:
“Ümumiyyətlə, soyuq havalar sağlamlıq üçün pisdir. Onu isti hava ilə əvəz etmək sağlamlıq üçün daha az təhlükəlidir.
Əlbəttə ki, bir neçə gün davam edəcək həddən artıq isti hava buna aid deyil.
Burada vacib olan istiliyin kifayət qədər uzun müddət davam etməsidir, bunlara istilik dalğaları deyilir. Amma hazırda bu, bizi təhdid etmir.
Ancaq yaxınlaşan qeyri-adi isti günlər əlbəttə ki, sağlamlıq üçün risklər yaradır. Əsas odur ki, belə istiləşmə aldadıcıdır. Aprelin ortalarında və yayda 24 ⁰С tamamilə fərqli temperaturlardır.
Problem ondadır ki, insanlar həmişə bu barədə düşünmürlər və özlərini yaydakı kimi aparmağa başlayırlar. Bir çox insanlar demək olar ki, yay paltarı geyinirlər.
Belə hallarda bədən çox asanlıqla həddindən artıq soyuyur. İkincisi, eyni səbəblərə görə bir çox insan sinir-əzələ ağrıları - nevralji və miyalji ilə qarşılaşacaq.
Onlar boyundan aşağı arxaya qədər müxtəlif yerlərdə yerləşə bilər. Və nəzərə alsaq ki, onurğada bir çox belə dəyişikliklər bir müddət ağrı vermir, onlar belə aldadıcı isti günlərdə üzə çıxa bilər.
Ona görə də günəşin ilk şüalarında geyim rahat olmalıdır ki, tərləməsin, həm də çox üşüməsin. Bu həm də sizi soyuqdəymədən qoruyacaq.
Sinir-əzələ ağrıları zamanı əlinizdə ağrıkəsicilərin olması yaxşıdır - tabletlərdən tutmuş məlhəm və gellərə qədər. Öz-özünə müalicəyə cavab vermirlərsə, həkiminizlə əlaqə saxlayın”.
Aygün Musayeva