Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəfil hava dəyişikliyi sizi xəstə edə bilər - Diqqət!

  • 2025.03.28 09:00
  • 316 Baxış
Qəfil hava dəyişikliyi sizi xəstə edə bilər -  Diqqət!

Havanın temperaturunun qəfil yüksəlməsi və azalması xüsusilə mövsümi keçidlər zamanı xəstəliklərin sürətlə yayılmasına səbəb olur.

Medicina.az xəbər verir ki, soyuq havalar immun sisteminə dolayı təsir göstərmir.



Soyuq hava ilə əlaqədar rütubətin azalması tənəffüs yollarında qoruyucu maneələri zəiflədir və mikrobların orqanizmə daxil olmasını asanlaşdırır.

Soyuq və küləkli havalarda xəstə insanların burunlarından və ağızlarından öskürdüyü və ya asqırdığı virus və ya bakteriyalar havada daha da yayıla bilər.

Mütəxəssislər, sağlam fərdlərin immunitet sistemini gücləndirmək üçün əlavə qidalara ehtiyac duymadıqlarına diqqət çəkiblər.

Bununla belə, vitamin əlavələri yaşlılar, qidalanma problemi olanlar və bəzi xroniki xəstələr üçün lazım ola bilər.



DİQQƏT EDİN!

- D vitamini çatışmazlığı immunitet sistemini zəiflədir və qrip, soyuqdəymə kimi xəstəliklərə tutulma riskini artırır. İmmunitet sistemini gücləndirmək üçün D vitamini ilə zəngin qidalar yeyilməlidir.

- Soyuq havada qapalı və insanların sıx olduğu yerlərdə daha çox vaxt sərf edilməməlidir.

- Kifayət qədər və nizamlı yatmalısınız.

- Kifayət qədər su içməyə diqqət yetirilməlidir.

- Əllər tez-tez yuyulmalıdır.

- Öskürərkən və asqırarkən ağzınız və burnunuz örtülməlidir.

- İnsanların çox olduğu və qapalı yerlərdə maskalardan istifadə edin.

Aygün
Medicina.az