Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəfil arıqlama hansı xəstəlikdən xəbər verir?

  • 2023.05.01 23:20
  • 2155 Baxış
Qəfil arıqlama hansı xəstəlikdən xəbər verir?
Mədəaltı vəzidə xərçəngin yaranması qəfil çəki itkisinə səbəb ola bilər.

“Medicina” xəbər verir ki, Surrey və Oksford Universitetlərindən bir qrup elm adamı iki metabolik dəyişikliyin mədəaltı vəzi xərçəngi ilə əlaqəli ola biləcəyi qənaətinə gəlib.

Mədəaltı vəzi iki mühüm funksiyaya malik orqandır: insulin hormonunun istehsalı (qan şəkərinin səviyyəsini tənzimləyən) və həzm fermentləri hasili.

Xərçəng bu funksiyalardan biri və ya hər ikisinə təsir edə bilər. Bu gün xəstələrin demək olar ki, 90%-i bu xəstəliyin diaqnozunu gec öyrənir. Onun vaxtında diaqnozu çox böyük problemləri aradan qaldıra bilər.


Bəs hansı dəyişikliklərdən şübhələnməli?


Bu dəyişikliklər ani, tez kilo itkisi və diabet xəstəsi olmayan insanlarda baş verən hiperqlikemiyadır ( yəni qan şəkərinin yüksəlməsi). Həmçinin aşkar edilib ki, hiperqlikemiya diaqnozdan üç il əvvələ qədər baş verə bilər ki, bu da glycated hemoglobin indeksinin (HbA1c) artması ilə müəyyən edilir.

Beləliklə, şəkərli diabeti olmayanlarda hiperqlikemiya daha çox mədəaltı vəzi xərçəngi riski ilə əlaqələndirilir. Bəzən yanlış olaraq bu insanlara diabet diaqnozu qoyulur.

Aygün Musayeva