Müğənni Qədir Qızılsəs sağlam həyat tərzi sürməsindən danışıb.
"Medicina" xəbər verir ki, ifaçı illərdir yalnız evdə hazırlanan qidalar yediyini bildirib. Bu haqda Q.Qızılsəs "Qonaqcanlı" proqramında deyib.
"Mağazada olan qidaları yemirəm. Kolbasa, sosiska istifadə etmərəm. Ancaq kənd məhsulları yeyirəm. Şirniyyatları da ancaq evdə bişirirlər. Ümumiyyətlə, hər şey evdə ailəm tərəfindən hazırlanmalıdır" deyə, o, bildirib. /axsam.az/