Astraqal hazırda da istifadə olunan, apteklərdə tapılan, bir çox xalq təbabəti reseptlərinə daxil olan dərman bitkisidir.
Qədim skiflər onu cavanlıq və ölümsüzlük otu adlandırıb.
Qədim Rusiyada çarların, boqatırların, daha sonra Kremlin ən birinci dərman bitkisi olub. Bu bitki dəfələrlə Kreml cəngavərlərini ölümdən xilas edib. Xüsusilə kişilər üçün əvəzsiz olan bu bitkinin sirri nədədir və hansı prolemlərdə istifadə oluna bilər.
Medicina.az xəbər verir ki, əsasən ürək, damar, qan dövranı üçün effektiv olan Astraqaldan bu problemlərdə istifadə edə bilərsiz:
-Ürək qüsuru, istənilən tip ürək çatışmazlığı, ürəkdə qan dövranı pozğunluğu, ürək xəstəlikləri, təngnəfəslikdə - 2 çay qaşığı astraqalı 1 çay qaşığı valerian kökü ilə qaışdırıb, üzərinə 150 ml araq süzüb, 2 həftə qaranlıq yerdə saxlayıb, süzün və gündə 15 damcı yeməkdən 30 dəqiqə əvvəl gündə 2 dəfə qəbul edin.
Astraqal insultun qarşısını alır.
-Taxikardiya- 20 qr astraqalı və yemişanı xırdalayıb, termosda 150 ml qaynar suda dəmə qoyun. 2 saatdan sonra süzüb, gündə 2 dəfə 50 ml için. Dadını dəyişmək üçün az miqdar bal əlavə edə bilərsiz. Bu içkini 7 gün qəbul etmək lazımdır.
-İstənilən təzyiq yüksəlməsi, hipertoniyada – 2 xörək qaşığı narın astraqal otunu bir stəkan qaynar suda 1 saat dəmə qoyub, süzün və gündə 5 dəfə hər dəfə 2 xörək qaşığı bu dəmləmədən için.
-Şəkərli diabet xəstələri üçün – 2 xörək qaşığı narın otu 200 ml qaynar suda dəmləyib, gündə 5 dəfə yeməkdən əvvəl 2 xörək qaşığı miqdarında içsinlər.
Bu nəücündür
Salam
bu bitkini nece lde etmek olar