Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qədim Çin metodu ilə xolesterini azalt

  • 2023.04.17 15:00
  • 1835 Baxış
Qədim Çin metodu ilə xolesterini azalt
Ənənəvi Çin yeməkləri xolesterol səviyyəsini aşağı salmağa kömək edə bilər.

“Medicina” xəbər verir ki, tərkibində təbii statinlər olan “qırmızı düyü” qanda xolestrol səviyyəsini aşagı salır.


Həkim - terapevt İrina Andreyevanın sözlərinə görə, yüksək xolesterol qanda və damarlarda xolesterin adlı yağlı maddənin çox olması deməkdir. Zamanla bu, damarların tıxanmasına, nəticədə infarkt və insult kimi ciddi xəstəliklərə səbəb ola bilər. Bununla belə, həm qarşısını almağın, həm də səviyyəni azaltmağın yolları var.

Yüksək xolesterol səviyyələrinə çox yağlı yeməklər də daxil olmaqla bir çox amillər səbəb ola bilər. İdmanın olmaması, siqaret çəkmə, içki və genetika da buna səbəb ola bilər.

Qırmızı maya düyü Asiya yeməyidir. Tərkibində təbii statinlər var, onlardan biri lovastatin adlanır. Statinlər adlanan xolesterolu azaldan dərmanların birləşmələri əslində buradan yaranır.

Lovastatin qaraciyərdə HMG-CoA adlı xolesterol istehsal edən fermentin güclü inhibitorudur. Bu fermentin fəaliyyətinə maneə törətməklə, lovastatin "pis" xolesterolun sintezini azalda bilər.

Qanda iki növ xolesterol var, onlar "yaxşı" və "pis" xolesterol olaraq adlandırılır. "Pis" xolesterin olaraq da bilinən aşağı sıxlıqlı lipoproteinlər qan damarlarınızın divarlarında yığıla bilər və zaman keçdikcə bu, damarların daxili hissəsinin daralmasına səbəb olur.

Müqayisə üçün, yüksək sıxlıqlı lipoproteinlər xolesterol səviyyəsini aşağı salaraq, onu udaraq qaraciyərə qaytarır. Sonra qaraciyər onu bədəndən çıxarır.

Aynurə Məmmədova