Qəbizlik bağırsaq hərəkətlərinin azalması ilə meydana gələn və boşalma sisteminin düzgün işləməməsi nəticəsində yaranan bir problemdir. Adətən təbii vasitələrlə keçən yüngül qəbizlik vəziyyətləri bəzən çox daha ağır formalara da gedib çıxa bilər.
Medicina.az xəbər verir ki, bu problem ən yayılmış pozulmalardan biridir. Demək olar, hər bir insan bu pozulma ilə üzləşə bilər. Müasir insanların əksər hissəsi azhərəkətli həyat sürür, düzgün qidalanmır, tez-tez stress vəziyyətlərinə düşür və s. Bütün bunlar isə qəbizliyə gətirib çıxardır.
Sağlam insanda qəbizliyin səbəbi bir çox hallarda bayramlarda, toy və s. məclislərdə bir biri ilə uyğun olmayan, çoxçeşidli qidaların artıq miqdarlarda qəbul edilməsi olur. Mədə belə gərginliklə "bacara" bilmir, həzm prosesləri kəskin pozulur, nəticədə isə qəbizlik inkişaf edir. Bəzi dərmanların qəbulu da qəbizliyə səbəb ola bilər.
Bu problemin həlli məqsədi ilə bu kimi xalq təbabəti üsullarından istifadə edə bilərsiniz:
Hind yağı
Bağırsaq əzələlərini yumşaldır və bağırsaq hərəkətlərini nizamlayır.
Kivi
Tərkibində bol lif olan kivi qəbizliyin qarşısını almağa yardımçı olur.
Tərəvəzlər
Qəbizlik vəziyyətində lifli qidalar yeməklə orqanizminizdə olan toksinləri ata bilərsiniz.
Zeytun yağı içmək
Zeytun yağının tərkibində olan köməkçi toksinlərlə qəbzlik probleminizi aradan qaldıra bilərsiniz. Gündə 2 dəfə içməyiniz kifayət edəcək.
Ərik qurusu
Səhərlər ac qarına bir stəkan suyu və 2-3 ədəd ərik qurusunu birlikdə yesəniz, həzm sisteminizi hərəkətə gətirə bilərsiniz
Razyana çayı
Bağırsaq hərəkətlərinizi tənzimləyən razyana, həzmi asan olduğundan qəbizlik probleminə qarşı təsirli bir vasitədir.
Bal və isti su
Balın faydaları saymaqla bitmir. Həzm sisteminə və qəbizliyə faydalı olan bal isti su ilə qarışdırılıb içildiyində qəbizliyi aradan qaldırmaq üçün təsirli bir vasitə halına gəlir.
Buğda kəpəyi
2xörək qaşığı buğda kəpəyi axşamdan suda isladın, yaxşı qarışdırın və səhər acqarına yeyin.
Kətan toxumu
2 qaşıq kətan toxumu üzərinə 1 stəkan qaynar su əlavə edin, 1 saat ərzində dəmləyin və axşam yatmazdan əvvəl için.
İlıq su
Sübh tezdən acqarına 1 stəkan ilıq təmiz su için. Bu bağırsaqların yaxşı işləməsinə kömək edir.
Gavalı qurusu
4-5 dənə qara qavalı qurusu axşamdan az miqdarda suda isladın. Səhər qavalı yeyin və suyu için.
Gənəgərçək yağı
Çox yaxşı effekt verir. 1-2 çay qaşığı gənəgərçə yağı axşam yatmazdan əvvəl qəbul edin.