Qliserin babasil və qəbizlik zamanı xəstəxanalarda hələ sovet dövründən ən ucuz, sərfəli və effektiv şam hesab olunub.
Medicina.az xəbər verir ki, qanamayan babasil və qəbizlikdə qliserin şamı indi də əvəzsizdir.
Qliserin – üçatomlu spirtdir, yığıcı effekti var, rəngsiz, qoxusuzdur. Tez əriyir, yumşaldır, əks təsiri demək olar ki, yoxdur. İlk dəfə təmiz qliserini isveç kimyaçısı Şeel kəşf edib.
Qliserinin təsir mexanizmi: bərkimiş nəcis kütlələrini yumşaldır, peristaltikanı stimulə edir, orqanizmdən zərərli toksinlərin çıxmasına kömək edir. Qliserin şamı ən tezi 15, ən geci 30 dəqiqəyə təsir edir.
Qliserin allergiya vermir, toksiki deyil, qana sovrulmur. Ona görə oturaq iş və passiv həyat tərzi, yüngül qəbizliyi olan insanlara 2 gündən bir istifadə etmək məsləhətdir. Lakin qliserinə çox aludə olmaq olmaz. Əks halda diareya, aritmiya, baş ağrısı yarada bilər.
Qeyd edək ki, qliserin xəstəliyi müalicə etmir. Qliserini səhər yeməkdən sonra istifadə etmək lazımdır. Əsasən 2-3 gün sürən qəbizlikdən sonra tətbiq oluna bilər.
Aygün
MEDİCİNA.AZ
2 emeliyyat olmusam usaqliq yolunun sallanmasi babasil qebz oluram bu samdan istifade ede bilərəm 22 gündü.
2 ay 6 gunluk usaga qlitserin sami isdifadə etmək olar??
Salam. 2 aylıq uşağa qliserin şamı istifadə etmək olar?
Salam həkim qızım 10 gündürki qəbzdi 40 çıxandan sonra belə oldu nə edə bilərəm nə qədər vaxta düzələr