Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəbizliyin biotənzimləyici preparatlarla müalicəsi

  • 2024.08.02 16:05
  • 2769 Baxış
Qəbizliyin biotənzimləyici preparatlarla   müalicəsi
Qəbizlik- quru, bərk nəcisin həftədə 3 dəfə və daha az tezliklə evakuasiyasıdır.

"Medicina" qəbizliyin səbəbləri və simptomlarını təqdim edir.


 Həftədə ≥1 nəcis qaçırma epizodu
 Nəcis silindirinin böyük diametri
 Yapışqan, sərt və ya quru nəcis
 Məqsədli şəkildə nəcisi tutma
 Nəcisin miqdarının az olması
• Düz bağırsaq, anal dəlikdə çat, travma
• Bağırsağın tam boşalmama hissiyyatı (adətən, 4 defekasiyadan 1-də hiss edilir)
• Anal dəlikdə spazm, ağrı
 Düz bağırsaqda böyük nəcis kütləsi
 Qoyun qığına bənzəyən nəcis
• 25%-dən az hallarda nəcis sərbəst çıxa bilmir, xəstə gücənir, bəzən çanaq dibinə əllə kömək edir
• Çox pis qoxulu nəcis

Xroniki qəbizlik

– 95%-i funksional qəbizlik

Səbəbləri:


• Sinir endokrin requlyasiyada pozulma
• Defekasiyaya çağırışın zəif olması


Gün rejimi
Adət etmədiyi, narahat şərait

(Sfinkterin könüllü daralması nəcisin xaric olmasına maneə olur, düz bağırsağın ampulası genişlənir. Bu zaman su sorulur, zaman-zaman düz bağırsağın ampulası daha çox genişlənir və bu, defekasiya çağırışlarını azaldır. Nəcis düz bağırsaq ampulasını doldurur və bu nəcis yaxılmasına gətirir. İradi olaraq stulun gecikdirilməsi hissiyyatı azaldır, get-gedə defekasiyaya çağırış olmur)

• Erkən yaşda bağırsaq infeksiyaları (hipoqanqlioz)
• Qarnın ön divarı, çanaq dibi əzələlərinin, diafraqmanın zəifliyi

• Qida faktoru (qida məhsullarına qarşı hiperhəssaslıq, az su içmək, lifli qidaların az qəbulu)

• Preparatlar (əsası opioid olan ağrıkəsicilər və antidepressant, sidikqovucu, neyroleptiklər və s.)
 Hormonal səbəblər (məs.hipotireoz, hiperparatireoz: hipokaliemiya, hiperkalsiemiya, şəkərli diabet, menopauza)
 Anorektal patologiya: hemorroy, çat
• Psixogen – psixi xəstəliklər, şəraitin dəyişməsi
• Nevrogen-parkinsonizm, dağınıq skleroz, onurğa pozulmaları
• Daxili orqanların xəstəlikləri
• Qocalıq, hipodinamiya, oturaq həyat tərzi
• Toksinlər ( məs.qurğuşun, civə və alüminium kimi ağır metalların toplanması)
• Hamiləlik və s.

Qəbizlik (praktiki və kliniki nöqteyi nəzərdən)
Müddətinə görə:
 kəskin-3 aya qədər
 xroniki -3 aydan yuxarı

Yoğun bağırsağın motor funksiyasına görə:

 hipertonik
 hipotonik

Kompensasiyaya görə

KOMPENSATOR MƏRHƏLƏ
• 2-3 GÜNLÜK QƏBIZLIK
• DEFEKASIYAYA ÇAĞIRIŞ SAXLANILIR
• QARINDA AĞRI VƏ ŞIŞKINLIK OLMUR
• DIETA ILƏ BƏRPA OLUNUR

SUBKOMPENSASIYA MƏRHƏLƏSI
• 3-7 GÜNLÜK QƏBIZLIK

• İŞLƏDICI ILƏ DEFEKASIYA

• QARINDA AĞRI, ŞIŞKINLIK OLMUR


Dekompensasiya mərhələsi

 7 gündən çox qəbizlik
 Defekasiyaya çağırış olmur
 Qarında ağrı, şişkinlik
 Nəcis intoksikasiyası
 Qəbizliyi aradan qaldırmaq üçün sifon imalə lazım olur

Funksional qəbizliyin müalicəsi

• ƏSAS TERAPIYA - ALTDA YATAN SƏBƏBƏ YÖNƏLIK MÜALICƏ
• DIETA
• Uşaq və valideynlərin təlimi
• İdman hərəkətləri
• Koprostazın aradan qaldırılması üçün medikamentoz terapiya

QƏBİZLİK ZAMANI TÖVSİYYƏLƏR

Hər səhər acqarna 1-2 stəkan isti su içmək

Hər yeməkdən 20 dəq. əvvəl 1-2 stəkan isti su içmək

Maqnezium tərkibli mineral sulardan istifadə

Yeməkləri kifayət qədər çeynəmək

Yeməkdən dərhal sonra su, çay içməmək

Gündəlik 1-2 pay meyvə (üzüm, əncir, yemiş, qarpız)

Tərəvəzlərdən – kələm, çuğundur, balqabaq, üstünlük vermək

Qıcqırmış tərəvəzlərdən istifadə (molokan kələmi)

Quru meyvələrdən (qara gavalı, quru əncir, qaysı..) istifadə etmək

Büzücü meyvələrdən (zoğal, heyva, xurma, əzgil) və içkilərdən (qara çay, kakao) uzaq olmaq

Kətan toxumu dəmləməsindən istifadə etmək

Tamtaxıllı un məmulatlarından istifadə etmək

Tərəvəzli salatlara kifayət qədər zeytun yağı əlavə etmək

Yabanı göyərtilərdən - (əməköməci, gicitkan, cincilim, quşəppəyi,

pərpətöyün..) müntəzəm istifadə etmək

Küncüt, çia, alaqanqal toxumlarından, badam, qoz-fındıqdan istifadə

Dieta (1 yaşa qədər)(İnək südü , inək südü tərkibli smeslər verilmir. Təbii lifli meyvə püresi, tərəvəz, südəmər uşaq üçün hazırlanmış taxıl məhsulları: sorbitol tərkibli meyvə şirələri effektiv ola bilər (gavalı, armud))

Alma, banan, kök, düyü, şokaladdan uzaq olmaq

Gündəlik – piyada gəzinti, idman hərəkətləri etmək

Yuxu rejiminə riayət etmək


FUNKSIONAL QƏBIZLIYIN MÜALICƏSINDƏ BIOTƏNZIMLƏYICI MÜALICƏ OLDUQCA EFFEKTIVDIR


• Nux vomica-Homaccord

• Chelidonium –Homaccord


Nux vomica-Homaccord


Mədə-bağırsaq traktının (MBT-nin) motorikasını yaxşılaşdırır.

Qaraciyər və MBT-nin detoksikasiya funksiyasını yaxşılaşdırır, spazmolitik, iltihabəleyhinə, ödqovucu, köpəleyhinə təsir edir.


GÖSTƏRİŞLƏR:



• MBT-nin üzvi və funksional

pozulmaları:

- Dispepsiya, qusma, qaytarma,

meteorizm, bağırsaq spazmı

- Qastroezofaqal reflüks, qastrit,

qastroenterit, duodenit, kolit

- Qaraciyərin funksional pozulmaları

- Qəbizlik

- Nikotin, spirt və ya kofein

qəbulu nəticəsində yaranan

qastrointestinal simptomlar



Chelidonium –Homaccord



Öd kisəsində iltihabı, spastik ağrıları, durğunluğu aradan qaldırır və ödün bağırsağa axmasını asanlaşdırır, dispepsiya sindromunu aradan qaldırır.


GÖSTƏRİŞLƏR:

• xolesistit

• xolangit

• ödçıxarıcı yolların və

öd kisəsinin diskineziyası

• kəskin və xroniki hepatit

• qaraciyərin digər

xəstəlikləri

• qurd invaziyaları




medicina.az