Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəbizliyi olanları gözləyən təhlükə

  • 2022.08.22 17:03
  • 1849 Baxış
Qəbizliyi olanları gözləyən təhlükə


İllərlə qəbizlikdən əziyyət çəkən insanlar bununla artıq barışır və qəbizliyin elə də ciddi problem olmadığını düşünür.

"Medicina" xəbər verir ki, qəbizlik zamanı qidanın tərkibində olan vitamin və mineral maddələrin mənimsənilməsi çətinləşir, nəticədə maddələr mübadiləsi pozulur.

Orqanizmdə xeyli miqdarda toksinlər, şlaklar, zəhərli maddələr də yığılıb qalır.


Ona görə də xroniki qəbizliklər bəzi hallarda, sanki onlarla heç bir əlaqəsi olmayan patoloji halların - güclü baş ağrıları, yaddaş pozğunluğu, həddindən artıq əsəbilik, və hətta qocalıqdakı ağıl zəifliyi kimi əlamətlərin baş verməsinə səbəb olurlar.

Xroniki qəbizliklər qaraciyərə ciddi zərər vurur.
Yoğun bağırsaqda xərçəngin əmələ gəlmə səbəblərinin araşdırılması zamanı tədqiqatçı alimlər belə bir nəticəyə gəlmişlər ki, xroniki qəbizliklər şişlərin inkişaf etməsinə təsir edə bilər.

Qəbizlik insanın immunitetini də aşağı salır . Çünki immun sisteminin 90%-i bağırsaqlarda yerləşir. Beləliklə, bağırsaqlarların istənilən, xüsusən də xroniki formada olan problemləri, immun sisteminə güclü mənfi təsir edərək, müxtəlif mikroblara, infeksiyalara, özümüzun mutasiya olunmuş (dəyişmiş) hüceyrələrinə (yəni, xərçəng hüceyrələrinə) qarşı bizim təbii müdafiəmizi xeyli dərəcədə zəiflətmiş olur.

Aygün Musayeva