Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəbizlikdən xilas olmaq üçün 5 metod - Nutrisioloq

  • 2022.10.06 13:08
  • 2588 Baxış
Qəbizlikdən xilas olmaq üçün 5 metod  - Nutrisioloq


Nutrisioloq Yevgeniya Novikova xroniki qəbizliyə qarşı professional tövsiyələr verib.

"Medicina" xəbər verir ki, mütəxəssis qəbizliyin problem yox, simptom olduğunu bildirib.

"Biz onun kökünü tapmalıyıq. Səbəbləri isə həkim qastroenteroloq araşdırmalıdır.

Ən sadə çıxış yolları: səhər tezdən dözüləcək qədər isti su içmək.
İsti su daxili orqanların spazmını götürür.

İnsan öz çəkisinə uyğun miqdarda su içməlidir. Hər kq-a 30 ml.
Bu suyu gün boyu bölərək az-az için.

Eləcə də gəzinti, idman, oturub-durmaq hərəkətləri, masaj, yoqa bağırsaqları işlədir.

Səhərlər ödü yaxşı qovan yeməklər yeyirsiz: yumurta, yağ, avokado, qoz və s.

Hər gün 35 qram lifli qida yeməlisiz.
Bunlar təzə tərəvəz, göyərtidir.

Un, makaron, çörəyi azaldın, onlar qəbizlik yaradır".

Aygün Musayeva