Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəbizlikdən xilas olma yolları - TÜRKƏÇARƏ

  • 2018.11.23 09:21
  • 17045 Baxış
Qəbizlikdən xilas olma yolları -  TÜRKƏÇARƏ
Son dövrlərdə oturaq həyat tərzi ilə əlaqədar bir çox insanlarda  qəbizlik problemi yaşanır. Bununla mübarizə zamanı dərman medikamentlərindən əlavə xalq təbabəti vasitələrindən də geniş istifadə edilir.


Medicina.az bu dəfə qəbizlik zamanı istifadə edilə bilən təbii vasitələri açıqlayır: 


• Murdarça meyvəsinin dəmləməsi: 1 st quru murdarça meyvəsini 1 st qaynar suya tökün və 2-3 saat saxlayın. Daha sonra dəmləməni süzün. Hər gecə stakanın 3/1 hissəsi qədər qəbul edib yatın. 


• Səna yarpağı dəmləməsi - 1 x/q səna yarpağını 1 st qaynar suda dəmləyin, 5 dəq.qaynadın, 1 saat saxladıqdan sonra süzərək istifadə edə bilərsiz. Gün ərzində maksimim 1-2 x/q qəbul etmək olar. 


• Qəbizliyi aradan qaldırmağın ən yaxşı üsullarından biri də 250 qr ərik qurusu, 250 qr tumsuz qara gavalı qurusu, 250 qr əncir qurusu, 250 qr bal və 50 qr səna xırdalanmış səna yarpağından hazırlanmış "yumşaldıcı pasta”dır. Quru meyvələri ət maşınından keçirin. Daha sonra ora səna yarpağı və bal əlavə edərək qarışdırın. Bağırsağın vəziyyətindən aslı olaraq gün ərzində 2-3 dəfə kiçik ölçülərlə əsasən də gecələr qəbul edin.  


• 300 qr əncir qurusu, qara gavalı və ərik qurusunu ət maşınından keçirin. Daha sonra alınan kütləyə 100 qr bal və 50 qr aloe əlavə edin. Gün boyunca 2 dəfə 1 x/q olmaqla qara çörəyin üstünə çəkərək səhər ac qarına yeməkdən 30-40 dəqiqə əvvəl yeyin. Daha sonra isə üstündən böyük qurtumlarla 1 st soyuq su için. Yatmazdan əvvəl isə 1 stəkan kefir için. 


Onu da nəzərinizə çatdıraq ki, təbii yollarla qəbizlik müvəqqəti olaraq aradan qaldırılır. Bu problemdən birdəfəlik yaxa qurtarmaq üçün isə mütləq qastroenteroloqa müraciət edərək mədə bağırsaq traktında olan xəstəlikləri müalicə etdirmək vacibdir.