Bəzilərinin bəyənmədiyi, əksəriyyətin sevərək yediyi balqabağın insan orqanizminə təsiri əvəzsizdir.
Medicina.az həm tumu, həm də özü yeyilən bu qidanın faydalarını təqdim edir:
- Bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir - bağırsaqları "yumşaldır", qəbizlikdən xilas edir.
- A vitamini ilə zəngin olduğuna görə görməni yaxşılaşdırır, "toyuq korluğu" zamanı faydalıdır.
- Böyrəklər üçün çox faydalıdır - böyrəkləri təmizləyir, fəaliyyətini yaxşılaşdırır.
- Orqanizmi toksinlərdən, ağır metalların duzlarında və s. ziyanlı maddələrdən təmizləyir.
- Sinir sisteminə çox müsbət təsir edir - sakitləşdirir, stresi azaldır, yaddaşı və diqqəti yaxşılaşdırır, yuxusuzluq zamanı kömək edir.