Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəbizlikdən əziyyət çəkənlər - Bu qidalardan uzaq durun

  • 2019.10.26 09:45
  • 8249 Baxış
Qəbizlikdən əziyyət çəkənlər -  Bu qidalardan uzaq durun

Həkimlərin müşahidələrinə görə, qəbizlik bir çox hallarda düzgün
olmayan qidalanma nəticəsində inkişaf edir. Bu halda qidalanmada müəyyən
dəyişikliklər etməklə insan qəbizlikdən xilas ola bilər.


 


 


Medicina.az xəbər verir ki, qəbizlikdən əziyyət çəkən insanlar müəyyən pəhriz saxlamalı, bəzi qidaları qəbul etməməlidir.


 


 


Qəbizlikdən əziyyət çəkirsinizsə, bu qidalardan imtina edin:


 


 



- ət və balıq konservləri


 


 


- hisə verilmiş qidalar (ət, balıq, kolbasa)


 


 


- ağ çörək, ağ undan hazırlanmış un məmulatları (bulka, piroq və s.), yağlı kremlə tort, pirojna, peçenye


 


 


- zülallarla zəngin olan qidalar. Bu qidaları qidalanmadan tam
çıxartmaq olmaz. Lakin insan qəbizlikdən əziyyət çəkirsə, bu qidaları
azaltmaq lazımdır


 


 


- büzücü təsirə malik olan bəzi meyvələr (nar, heyva, zoğal, armud, xurma)


 


 


- bəzi tərəvəzlər (göbələk, turp, sarımsaq)


 


 


- çox yağlı ət, balıq, yağlı bulyonlar, qoyun piyi


 


 


- alma və üzüm şirələri


 


 


- makaron məmulatları


 


 


- süd. Lakin süd məhsulları (kefir, kəsmik, asidofilin və s.) qəbizlik zamanı əksinə faydalıdır


 


 


- tünd qəhvə və tünd çay


 


 


- manna yarması, aş düyüsü


 


 


- paxlalılar (lobya, noxud, mərci)


 


 


- şokolad


 


 


 


- mayonez, ketçup


 


 

- bərk bişirilmiş yumurta