Orqanizmdəki bir çox xəstəlik bağırsaqların doğru işləməməsindən qaynaqlanır. “İkinci beyin” adlandırılan bağırsaqların sağlamlığı gün keçdikcə daha çox önəm qazanır.
Xəstəliklər zamanı insanlar bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq üçün sehrli vasitə axtarmağa başlayırlar.
Medicina.az xəbər verir ki, proktoloq və onkoloq Elena Smirnova bağırsaqlar üçün ən faydalı 3 məhsulun adını açıqlayıb.
Onun sözlrinə görə, bağırsaq sağlamlığı üçün lazım olan hər şeyi, hər kəsin hazırlaya biləcəyi sadə bir salatda bir araya gətirmək olar.
"Bağırsaqlar üçün ən yaxşı qida çuğundur, duzlu kələm və lobya ehtiva edən vineqret salatıdır", - deyən Həkim öz “Telegram” kanalında bu məhsulların birləşməsinin orqanizmə təsirlərini izah edib.
“Hamı bilir ki, çuğundur qəbizliyə faydalıdır. Bu tərəvəz bağırsaq hərəkətliliyinin azalmasına imkan vermir. Vineqred salatında olan lobya isə orqanizmi zülal, lif, dəmir, kalium, maqnezium və B vitaminləri ilə təmin edir”, - deyə həkim diqqətə çatdırıb.
O, duzlu kələmin bağırsaqlarda faydalı bakteriyaların böyüməsini dəstəklədiyini qeyd edib:
“Duzlu kələmdə çox olan qiymətli probiotiklər üç cəbhədə işləyir: həzmi yaxşılaşdırır, qida maddələrinin udulmasını təşviq edir və immunitet sistemini gücləndirir. Bundan əlavə, bu sadə tərkib hissəsi bağırsaqlarda asidik mühitin saxlanmasına kömək edən laktik turşu ehtiva edir. Beləliklə, patogen bakteriyaların çoxalmasının qarşısını alır və mikrofloranın sağlam tarazlığını qoruyur”.
Elena Smirnova əsasən də qəbizlikdən əziyyət çəkənlərə vineqret salatı yeməyi məsləhət görüb.
Aysel