Qəbizliyin qarşısını almaq və aradan qaldırmaq üçün bəzi üsullar var.
Bu üsullar yetərli deyilsə, həkimə müraciət edib, müalicə almağınız məsləhətdir.
Medicina.az xəbər verir ki, nəcisləri yumşaldan liflə zəngin olan alma, kök, əncir, üzüm, avokado, gavalı, ərik, brokoli,, lobya, mərcimək, tam taxıl və kətan toxumu, həmçinin bol su içmək və idman etmək qəbizliyi aradan qaldırmada təsirlidir.
Qəbizliyi aradan qaldırmaq üçün aşağıdakı üsulları da sınaya bilərsiniz:
1. LİFLİ QİDALARIN ARTIRILMASI
Tərəvəz və meyvələr:
Qabıqları ilə yeyilə bilən meyvələri (alma, armud, ərik, gavalı) yeyin.
Bütün taxıllar:
Ağ çörək əvəzinə tam buğda çörəyi, tam buğdalı makaron və qəhvəyi düyü seçin.
Paxlalılar:
Mərci, noxud və lobya kimi liflə zəngin qidaları yeyin.
2. ÇOXLU SU İÇİN
Gündə ən az 2-2,5 litr su içdiyinizə əmin olun.
Səhər acqarına 1 stəkan ilıq su içmək bağırsaqları aktivləşdirər.
3. PROBIOTİKLƏRİN QƏBULUNUN ARTIRILMASI
Qatıq, kefir və turşu kimi fermentləşdirilmiş qidalar bağırsaq sağlamlığını dəstəkləyir.
4. HƏRƏKƏT EDİN
Daimi gəzinti və məşq bağırsaq hərəkətlərini sürətləndirir.
5. TƏSİRLİ QİDALAR
Gavalı və ərik:
Səhər acqarına bir neçə gavalı və ya ərik ilıq su ilə yeyə bilərsiniz.
Zeytun yağı:
Səhər acqarına 1 xörək qaşığı zeytun yağı içmək bağırsaqları yumşaldar.
6. Stressdən uzaq durun
Stress bağırsaq hərəkətlərini yavaşlada bilər.
Yoqa, meditasiya və ya tənəffüs məşqləri rahatlaşdıra bilər.
7. TUALET VƏRDİŞLƏRİ
Bağırsaqlarınızın bu rejimə alışmasına kömək etmək üçün hər gün eyni vaxtda tualetə getməyə çalışın.
Aygün
Medicina.az