Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəbizlik dərmanları xərçəng yarada bilər

  • 2023.06.12 18:11
  • 2234 Baxış
Qəbizlik dərmanları xərçəng  yarada bilər
Qəbizlik, işlətmə dərmanları bir çox insanın aptekdən reseptsiz aldığı dərmanlardandır.

“Medicina” xəbər verir ki, koloproktoloq Mariyana Abrisovanın sözlərinə görə, laksatiflərin nəzarətsiz qəbulu bağırsaq mikroflorasında balanssızlığa səbəb olur.

“Gənəgərçək yağı, senna və ağtikan əsasında hazırlanan preparatlar bağırsaq hərəkətlərinə kömək edə bilər.

Ancaq bu dərmanlar asılılıq yaradır, buna görə sonradan orqanizm dərmanların adi dozasına cavab vermir. Nəticədə, istənilən effekti əldə etmək üçün dozanı ikiqat artırmaq lazımdır.

Eyni zamanda, senna və ağtikanlı preparatlar bağırsaq hüceyrələrinin öldüyü patoloji melanozun inkişafına səbəb ola bilər.

Nəticədə, bu orqanın xərçəng olma riski artır”.


Günay Quluzadə