Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəbələdə toyda 40 nəfər zəhərləndi

  • 2024.08.16 10:14
  • 1332 Baxış
Qəbələdə toyda  40 nəfər zəhərləndi
Qəbələ rayonunda kütləvi zəhərlənmə olub.

Medicina.az qafqazinfo-ya istinadla xəbər verir ki, gecə saatlarından etibarən rayonun müxtəlif kəndlərindən olan 40 nəfərə yaxın şəxs zəhərlənmə diaqnozu ilə tibbi xidmətə müraciət edib.

Onların hamısının dünən eyni şadlıq sarayında keçirilən toyda iştirak etdikləri məlum olub. Xəstəxanaya müraciət edənlər arasında azyaşlılar da var.

İlkin məlumata görə, sakinlər toyda yedikləri qidadan zəhərləniblər.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.