Qalxanabənzər vəzinin böyüməsi ilə müşahidə olunan xəstəliklərdən biri “endemik zob” xəstəliyi dövrümüzdə ən geniş yayılmış xəstəlikdir.
“Medicina” xəbər verir ki, həkim- endokrinoloq Həbib Sahratovun sözlərinə görə, qalxanabənzər vəzidə düyünlərin böyüməsi nəticəsində vəzin həcmi də böyüyür.
“Bu xəstəliklər Azərbaycanın bölgələrində daha çox müşahidə olunur. Səbəb isə həmin bölgələrdə suyun və qidaların tərkibində yodun az olmasıdır.
“Yod defisitinə kompensator olaraq, qalxanabənzər vəzi öz həcmini artırır ki, qəbul elədiyimiz qidalardan daha çox yod qəbul etsin.
Bununla da orqanizmin troid hormonlarına sintezinə olan tələbatını ödəyə bilsin. Buna endemik zob deyilir.
Ən çox Qəbələ, Şamaxı, Zakatala bölgələrində bu xəstəlik müşahidə olunur. Bu bölgələr endemik bölgələrdir.
Diaqnostika zamanı sidik analizi vasitəsilə yodun miqdarı önəmlidir. Əgər 00,015 nonoqram altındadırsa, artıq yod çatışmazlığı deməkdir.
Belə xəstələrin müalicəsi olduqca rahatdır. Qida madələri və ya apteklərdə satılan yod pereparatları vasitəsi ilə yoda olan tələbatı təmin etməklə, xəstənin qalxanabənzər vəzinin hormonlarının sintezini normallaşdırmaq olur”.
Günay Quluzadə