Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qəbələ Mərkəzi xəstəxanasında nələr var - Rayonda ən çox rast gəlinən xəstəliklər

  • 2024.10.25 16:47
  • 147 Baxış
Qəbələ Mərkəzi xəstəxanasında nələr var   -  Rayonda ən çox rast gəlinən xəstəliklər

Bu gün TƏBİB təşkilatçılığı ilə Qəbələ Mərkəzi Xəstəxanasına KİV nümayəndələrinin mediaturu təşkil edilib.


“Medicina” xəbər verir ki, jurnalistlərə bölgələrdə xəstəxana və tibbi xidmətin inkişafı real nəticələrlə təqdim edilib.


Xəstəxananın direktoru Ceyhun Əhmədov, baş həkim Fikrət Cəfərov jurnalistlərə Qəbələdə tibbi xidmət, rayonda ən çox rast gəlinən xəstəliklər, xəstəxanada icra edilən əməliyyatlıar barədə məlumat verib.


Saytımızın suallarına cavab olaraq baş həkim bildirib ki, ən çox rast gəlinən xəstəliklər mövsümi infeksion xəstəliklər, turistik zona olduğu üçün travmalar, məişət və yol qəzaları, bütün Azərbaycanda olduğu üçün əlbəttə ürək-damar xəstəlikləridir.

Ən çox edilən şikayətlər müraciətlər oynaq ağrıları, artrozlar, artritlər də yer alıb ki, biz endorprotez əməliyyatları icra edirik.


Qəbələ xəstəxanasının təcili yardım şöbəsində istər uşaqlar, istər böyüklər üçün qəbul var. Təcili yardımda hər növbədə 2 həkim olur, çalışırıq növbədə pediatrik həkim də olsun. Eləcə də xəstəxanada uşaqlar üçün reanimasiya şöbəsi, süni tənəffüs aparatları var”.


Tahirə
MEDİCİNA.AZ