Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qazlı sular kokaindən daha pisdir – İnsanı qurudur

  • 2025.03.03 17:20
  • 137 Baxış
Qazlı sular kokaindən daha pisdir  – İnsanı qurudur


Qazlı, sodalı, şirəli içkilər kokain asılılığına bərabərdir.

“Medicina” xəbər verir ki, Filadelfiyadakı Temple Universitetinin Stomatologiya fakültəsinin tədqiqatçıları bu nəticəyə gəliblər.

Qazlı İçkilər həvəskarları üçün bu, bəd xəbərdir. – Bu suları içmək təkcə dişlər üçün zərər deyil. Bu, müntəzəm olaraq kokain və ya metamfetaminlərdən (pervitin) istifadə vərdişi qədər pisdir. Üstəlik, istənilən soda, hətta tərkibində şəkər olmayan içkilər diş çürüməsinə səbəb olur.

Beləliklə, tədqiqatçılar beş il ərzində hər gün iki litr qazlı içki qəbul edən 30 yaşlarında olan qadının ağız boşluğunun vəziyyətini misal gətirirlər. O, 29 yaşlı metamfetamin aludəçisi və ya 51 yaşlı kokain aludəçisi kimi diş çürüməsi keçirdi.


Lakin nəzərə almaq lazımdır ki, narkotik vasitələr ağızda quruluğa səbəb olduğundan, metamfetamin istifadəçisinin özü hər gün iki və ya üç qutu kola qəbul edirdi. Kokain aludəçiliyinə gəlincə, o, 18 ildir ki, narkotikdən istifadə edir.


Qeyd etmək lazımdır ki, hər üç personajın (qadın və iki narkotik aludəçisi) ağız boşluğunun zədələnməsi səbəbindən dişləri tamamilə çıxarılmalı idi.


Aygün Musayeva