Şirinləşdirilmiş sular, qazlı içkilər, meyvə şirələri və meyvə qarışımlı içkilər, ətirləndirilmiş adi butul suyu belə xroniki böyrək xəstəlikləri riskini, hətta böyrək çatışmazlığı riskini artırır, böyrəklərə ciddi zərbə vurur.
Medicina.az xəbər verir ki, bunu Blumberq Sağlamlıq məktəbinin mütəxəssisləri bildirib.
Elmi əməkdaşlar 3000 nəfər insanın informasiyasını analiz edib. Onlar tədqiqatın əvvəlində böyrək problemi yaşamırılar. 2004-2013-cü illərdə onların sağlamlığı izlənilib. Məlum olub ki, şirin, qazlı içkilər daha çox içən insanlarda 61% daha çox böyrək xəstəlikləri yaranıb. 185 nəfərdə isə xroniki böyrək çatışmazlığı qeyd olunub. Alimlər bu dəyişikliklərin səbəbini birbaşa olaraq içilən içkilərdə görür.