Alimlər qazlı içkilərin çox ciddi əks təsirləri olduğunu üzə çıxarıblar.
Medicina.az xəbər verir ki, kanadalı elm adamları 30 il ərzində 100 min yetkin insanın qidalanma və idman vərdişlərini təqib edərək, onların sağlamlıq vəziyyətini müqayisə ediblər.
Kvebekdəki Lava Universitetinin alimlərinin hərtərəfli araşdırması “American Journal of Clinical Nutrition” tibb jurnalında dərc olunub. Araşdırmanı aparan elm adamları müxtəlif markalar tərəfindən hazırlanmış qazlı içkilərin istehlakının insan sağlamlığına mənfi təsirləri olduğunu açıqlayıblar.
Alimlər qazlı içkilərin qəbulunun müntəzəm idman edən fərdlərin etdiyi idmanın müsbət təsirini aradan qaldırdığını vurğulayıblar.
Tədqiqata görə, həftədə cəmi iki dəfə 350 ml qazlı içki içmək, həftədə təxminən 150 dəqiqəlik məşq zamanı əldə edilən faydaları yox edir.
Professor Jan Flip açıqlamasında "fiziki aktivlik şəkərlə şirinləşdirilmiş içkilərin səbəb olduğu ürək-damar xəstəlikləri riskini yarıya endirir, lakin tamamilə aradan qaldırmır", - deyə vurğulayıb.
Onun sözlərinə görə, marketinq strategiyaları adətən aktiv insanların bu içkiləri içdiyini göstərir:
“Bununla da fiziki olaraq aktiv olan şəxslərdə şəkərli içkilərdən istifadənin sağlamlığa mənfi təsir göstərmədiyini şüuraltına yeritməyə çalışırlar. Lakin araşdırmalar bunun reallığı əks etdirmədiyini göstərir”.
Gül