Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qazlı içkilərin yaratdığı xəstəliklər - İnfarkt, xərçəng, diabet...

  • 2018.10.29 10:59
  • 10389 Baxış
Qazlı içkilərin yaratdığı xəstəliklər -  İnfarkt, xərçəng, diabet...
Son illər fast food və qazlı içkilərin uşaqlara verilməsi geniş vüsət alıb. Qazlı içkiləri böyüklərin qəbul etməsi tövsiyə olunmadığı halda, uşaqlara verilməsi gələcəkdə bir çox fəsadlar yaradacaq. Bəs qazlı və kola kimi içkiləri uşaqların orqanizmində hansı fəsadları törədir? Onlar hansı xəstəliklərin yaranmasına səbəb olur?


Medicina.az xəbər verir ki, Musavat.com mövzu ilə bağlı pediatr İlhamə Allahverdiyeva ilə əlaqə saxlayıb. Məsələ ilə bağlı danışan həkim bildirib ki, qazlı içkilər nəinki uşaqlara, böyüklərə də zərərlidir: "Uşaqları pis vərdişlərdən qorumaq əsasən valideynlərin borcudur. Uşaqların ziyanlı qidalardan uzaq olmasını istəyirsinizsə, özünüz də həmin qida və içkilərdən uzaq durmalısınız. Çünki uşaqlar tez-tez valideynlərinin davranışlarını təqlid edir və onların pis vərdişlərindən təsirlənirlər. Qazlı içkilər orqanizm üçün çox zərərlidir. Onların tərkibindəki fosfat dərinin erkən yaşlanmasına səbəb olur. İnfarkt riskini artırır, beyinin fəaliyyətinə mane olur, xərçəng xəstəliyi, diabet yaradır, mədə divarını zədələyir. Qazlı içkilər siqaret qədər orqanizmə zərər verir. Bu qədər xəstəliyi yaradan içkinin uşaqlara necə təsir etdiyini bir də özünüz düşünün.


Qazlı içkilərə rəng qatıldıqda isə xəstəlik riski daha da artır. Götürək, kola içkisini. Tərkibində su, limon turşusu, kofein, karamel, qarğıdalı şərbəti, vanil və limon şirəsi var. Kola yüksək kalorili bir içkidir. Gün ərzində bir stəkan kola içən uşaq gün ərzində aclıq hiss etmir. Yemək yeməyən uşaq sürətlə arıqlayır, immuniteti aşağı düşür və xəstələnir. Bundan əlavə tərkibində fosfor turşusu var ki, kalsiumun əriməsinə səbəb olur. Bu uşaqlar maqnezium, B, C və A vitamini çatışmazlığından əziyyət çəkirlər. Kofeinin asılılıq yaratdığın bilirik. Davamlı  kofein qəbul edən şəxsin ürəyində ciddi problemlər yaranır. Bir sözlə, uşaqları qazlı içkilərdən uzaq tutmaq vacibdir".