2-ci Qarabağ müharibəsində yaralanan Elçin Səmədov hələki əməliyyat olunmayıb.
Bu barədə Trend-ə qazinin özü məlumat verib. Elçin Səmədovun sözlərinə görə, o hələlik Bakıda hospitaldadır:
"Vəziyyətim yaxşıdır, Bakıda xəstəxanadayam. Əməliyyat olunmamışam, həkimlər bu barədə hələlik heç nə demirlər. Özüm də gözləyirəm".
Qeyd edək ki, Qəbələ rayon İcra Hakimiyyətindən bir neçə gün öncə bildirilmişdi ki, qazi Elçin Səmədov Bakıya müayinə olunmaq üçün gətirilib. Müayinələr uğurla yekunlaşarsa, onun əməliyyat olunacağı gözlənilir.