Ötən sutka ərzində Qazaxıstanda koronavirusa yoluxma sayında antirekord qeydə alınıb.
TASS xəbər verir ki, son 24 saat ərzində COVID-ə tutulanların sayı 7803 nəfər təşkil edib ki, bu da pandemiyanın başlanmasından bəri qeydə alınmış ən yüksək göstəricidir.
Həmçinin, ölkədə koronavirusdan ölənlərin gündəlik sayı 91 nəfər olub.
Bununla yanaşı, sutka ərzində 4 933 nəfər virusdan sağalaraq gündəlik həyat tərzinə qayıdıb.