Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qazaxıstanda pedofil əməliyyatla xədim olundu – ÖLKƏ TARİXİNDƏ İLK

  • 2020.03.10 16:37
  • 14513 Baxış
Qazaxıstanda pedofil əməliyyatla xədim olundu  – ÖLKƏ TARİXİNDƏ İLK
Qazaxıstan hakimiyyəti ölkə tarixində ilk dəfə olaraq pedofili kimyəvi üsulla xədim edib.

Medicina.az “Mirror”a istinadən xəbər verir ki, qərarın icrası pedofiliyanın qarşısını almaq üçün bu cəza metoduna imkan verən yeni qanunun qəbulundan bir neçə ay sonra baş verib.

Səlahiyyətlilər açıqlama verib ki, Türküstan bölgəsindən olan, adı açıqlanmayan şəxsə Səhiyyə Nazirliyinin nümayəndələrinin nəzarəti altında iynə vurulub.

Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayevin fərmanı ilə uşaqlara təcavüz edənlərlə bağlı 2000 inyeksiya üçün 25 min dollardan çox vəsait ayrılmışdı.

Qanun qəbul edilərkən senator Bırqanım Aitimova bildirmişdi ki, xədimetmə "müvəqqəti" və “birdəfəlik” olacaq.