Qazaxıstanda süd vəzi xərçənginin müalicəsi üçün biotexnoloji preparatların istehsalı üçün Türkiyə ilə anlaşma əldə olunub.
"Medicina" xəbər verir ki Nobel AFF, 6-cı Qazaxıstan Qlobal İnvestisiya Dəyirmi Masa Toplantısında Qazaxıstanın Baş naziri Əlixan Smailov saziş imzalayıb.
“ Fəaliyyət göstərdiyimiz bütün coğrafiyalarda keyfiyyətli tibbin əlçatan olmasını ən vacib öhdəliklərimizdən biri hesab edirik. Bu məqsədlə 2013-cü ildə müxtəlif xəstəliklər üçün generik dərmanların istehsalı üçün biotexnologiyanı strateji prioritet kimi müəyyən etdik.
2019-cu ildə Türkiyənin ən yüksək tutumlu biotexnoloji xammal və istehsal müəssisəsinə sərmayə qoyduq. Qazaxıstanda Nobel AFF ilə imzaladığımız bu imza ilə biotexnoloji dərman istehsalı sahəsində işimizi yeni müstəviyə çıxarırıq. Biz Sağlamlığa Dəyər prinsipimizə uyğun olaraq tam sürətlə işləməyə və innovativ həllər ilə xəstələr üçün davamlı dəyər yaratmağa davam edəcəyik.", - konfransda bildirilib.
100% türk sərmayəli Nobel AFF adı ilə Qazaxıstana ilk xarici investisiyalarından birini qoyub".
Aygün Musayeva