Qazaxıstanda sutkalıq yoluxma sayı rekord həddə çatıb
Qazaxıstanda son sutka ərzində koronavirusa yoluxanların sayı 3695 nəfərə çatıb.
Medicina.az xəbər verir ki, bu, pandemiyanın başlanmasından bəri ölkədə qeydə alınan ən yüksək sutkalıq göstəricidir. Öncəki rekord da, bugünlərdə, daha dəqiq desək iyulun 9-da qeydə alınmışdı.
Hazırda Qazaxıstanda 9619 COVID xəstəsinin müalicə aldığı, onlardan 795 nəfərinin vəziyyətinin ağır olduğu bildirilib.