Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qazaxıstanda da koronavirus aşkarlandı

  • 2020.03.13 15:09
  • 4056 Baxış
Qazaxıstanda da koronavirus aşkarlandı
Qazaxıstanda da koronavirusa yoluxma faktı qeydə alınıb.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Yeljan Birtanov məlumat verib.


“Biz təsdiqləyirik ki, karantində olan iki vətəndaşımızda koronavirus analizinin cavabı müsbət çıxıb”.

Nazir əlavə edib ki, həmin şəxslər Almaniyadan gəlib və hazırda Almatıda saxlanılır.

Qeyd edək ki, Çinlə həmsərhəd olan Qazaxıstan virusun ilk aşkarlandığı gündən etibarən nəzarət-buraxılış məntəqələrində təhlükəsizlik tədbirlərini gücləndirmiş, vətəndaşlarının Çindən təxliyəsini həyata keçirmişdi.