Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qazaxıstanda da yoluxma 3 dəfə artdı

  • 2022.08.02 15:51
  • 1992 Baxış
Qazaxıstanda da yoluxma 3  dəfə artdı


Qazaxıstanda son iki həftədə koronavirusa yoluxanların sayı əvvəlki 14 günlük dövrlə müqayisədə 3,2 dəfə artıb.

Bu barədə Qazaxıstanın səhiyyə naziri Ajar Qiniyat hökumətin iclasında bildirib.

Onun sözlərinə görə, epidemioloji vəziyyətə görə Nur-Sultan orta risk zonasında (sarı), qalan rayonlar isə yaşıl zonadadır.

Nazirin sözlərinə görə, halların 80 faizi peyvənd olunmamış sakinlər və ya altı aydan artıq peyvənd olunmuş vətəndaşlardır.