Qazax rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Medicina.az xəbər verir ki, xəstəxanaya yerləşdirilənlər bir ailənin üzvləridir. Onlar S.Nəsibova (1984-cü il təvəllüdlü), Ş.Ələkbərova (1988-ci il təvəllüdlü), X.Qoruçlu (2014-cü il təvəllüdlü), N.Qoruçlu (2017-ci il təvəllüdlü), L.Qoruçlu (yaş yarım) və 8 aylıq körpə (oğlan) C.Qoruçludur.
Zərərçəkənlərin hamsına həkimlər tərəfindən tibbi yardım göstərilib, vəziyyətləri sabitdir.
Qeyd edək ki, onlarla birlikdə 1956-cı il təvəllüdlü S.Mustafayeva da xəstəxanaya aparılıb. Ona isə ambulator yardım göstərilib.
İlkin ehtimala görə, ailə üzvləri ev şəraitində hazırlanmış pomidor turşusundan zəhərləniblər.
Faktla bağlı araşdırmalara başlanılıb.