Qazax rayonu, M.Əsədov küçəsi, ev 8 ünvanında yaşayan bir ailənin 4 üzvü noyabrın 28-də qida zəhərlənməsi şikayəti ilə Qazax Müalicəvi Diaqnostika Mərkəzinə yerləşdirilib.
Qida Təhlükəsizliyi Agentliyindən verilən məlumata görə, xəstələr tam müayinədən keçirilib.
"Onlara ilkin yardım göstərilərkən heç bir xəstədə qida zəhərlənməsi aşkar edilməyib. Ailəyə məxsus evin 1-ci mərtəbəsində qızdırıcı sistem olduğu və xəstələrin səhhətinin pisləşməsinə dəm qazının səbəb olduğu müəyyən edilib”, - deyə agentliyin məlumatında bildirilir.
Qeyd olunur ki, rayon xəstəxanasının həkimlərinin rəylərinə və müayinələr nəticələrində hadisənin qida zəhərlənməsi olmadığı müəyyən edilib.