Qızılca daha bir uşağın ölümünə səbəb oldu.
Qazaxda 13 \yaşlı Nəzrinin ölümünün təfərrüatları yenə də səhiyyə problemlərini gündəmə gətirir.
"Medicina" xəbər verir ki, uşağın xəstəxanaya aparılması prosesi və valideynlərinin danışdıqlarından belə görünür ki, ağır tənəffüs, ensefelopatik əlamətli və qızılca diaqnozlu, amma hələ həyat əlamərləri olan uşağı xəstəxana qəbul etməyib və Bakıya göndərilib. Ambulansa danışa-danışa minən xəstə Bakıya artıq ölü vəziyyətdə çatdırılb.
Qazaxdan Bakıya azı 5 saata çatırlar, 5 saatda isə xəstə artıq tənəffüs aparatına qoşulmalı, reanimasion tədbirlər, həyati xilas tədbirləri görülməliydi.
Baku.tv-ə danşan atanın sözlərinə görə,Nəzrin Şabanzadə kənddən Qazax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
“Evdə müalicə aldığı müddətdə səpdi. Danışa-danışa getdi, xəstəxanaya çatanda ambulansdan düşə bilmədi. Xəstəxanada dedilər, gecikdirmisiniz”.
Nəzrindən əvvəl 10 yaşlı qardaşı Əmrah da qızılcaya yoluxub.
Nəzrin kimi onlarla uşaq gecikdirilib və həkimlər bunda valideynləri günahlandırır.
Bəs qızılca adam öldürürsə, o zaman xəstə uşaqlar evlərdə niyə yoxlanmır, ailə, sahə həkim peditrları niyə gedib baş çəkmir, ümumiyyətlə, bir uşağın vəziyyətinin ağırlaşdığını kəndli ata-anası, nənəsi babası görməlidir, yoxsa həkim?
Əgər evlərdə uşaqlar öləcəksə, zəhmət çəkin xəstəxana açın, yığın uşaqları ora, sağaldıb verin.
Aygün Musayeva
Medicina.az