35 yaşından yuxarı tez-tez qızardılmış yumurta, yəni qayğanaq yeyən insanlarda damarlarda xolesterin artır, ürək-damar tutulması riski yüksəlir.
Bunu American Medical jurnalında dərc olunan elmi araşdırmaların nəticələri deyir.
Medicina.az xəbər verir ki, yumurta sarısı qida xolesterinin ən böyük mənbəyidir.
Təcrübədə iki insana bərabər dieta təyin olunur, lakin birində rasionda yumurta üstünlük təşkil edir. Sonrakı təhlillər göstərib ki, yumurta qəbul edən tərəfdə daha çox xolesterin yüksəlməsi qeydə alınıb.
Alimlər bildirir ki, sutkada 300 mq-dan çox xolesterin qəbul edən insanda ürək-damar xəstəlikləri 17% artır, bu xəstəliklərdən ölüm faizi isə 18% yüksəlir.
Həftədə 4-5 ədəd yumurtanın qayğanağını yeyənlərdə bu risk 6 % artır.
Xüsusən yumurtanın yağda qızardılması əlavə olaraq damarların tıxanmasını sürətləndirir.
Alimlər məsləhət görür ki, ya yumurta sayı azaldılmalı, ya da yumurtanın yalnız ağı istifadə olunmalıdır.
Əgər bir insan artıq ürək-damar xəstəliyindən əziyyət çəkirsə, o qayğanaqdan uzaq dursa yaxşıdır.