Qaxda iynə vurulduqdan sonra ölən qadının fotosu
Qax rayonunda evdə iynə vurulandan sonra şoka düşərək ölən qadının fotosu yayılıb.
"Medicina" xəbər verir ki, 1963-cü il təvəllüdlü Şəfəq Mürsəl qızı Şabanova Qax rayonu, Tasmalı kənd məktəbinin müəllimi olub.
Ona ev şəraitində inyeksiya olunan "Seftriakson" dərmanın əks təsirindən anafilaktik şoka düşərək ölüb.
Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.