Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaxda it şagirdə hücum etdi

  • 2024.10.04 15:15
  • 1033 Baxış
Qaxda it şagirdə  hücum etdi
Qaxda 11-ci sinif şagirdinə it hucum edib.

Medicina.az xəbər verir ki, hadisə oktyabrın 3-də axşam saatlarında şəhər ərazisində baş verib.

Qax şəhər sakini, 2007-ci il təvəllüdü Ə.Cumazadə repetitorun yanından evə qayıdan zaman ona küçədə it hücum edərək xəsarətlər yetirib.

Ə. Cumazadə Qax Rayon Mərkəxi Xəstəxanasına (RMX) müraciət edib. Ona boyun, döş, bel və ayaq nahiyələrinin xəsarətləri dioqnozu qoyulub. Xəstəxanada lazımı tibbi yardımlar göstərildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.