Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qaxda göbələkdən zəhərlənən ailə Bakıya göndərildi

  • 2021.11.04 20:28
  • 1393 Baxış
Qaxda göbələkdən zəhərlənən ailə Bakıya göndərildi
Qaxın Ləkit kəndində göbələkdən zəhərlənən bir ailənin dörd üzvü Respublika Toksikologiya Mərkəzinə köçürülüb.

Medicina.az apaya istinadən xəbər verir ki, Qax Rayon Mərkəzi Xəstəxanasında göbələk zəhərlənməsi diaqnozu ilə müalicə alan Qax rayonu Ləkit kənd sakini 55 yaşlı Məlik Şıxamirov və onun həyat yoldaşı 49 yaşlı Pəri Şıxamirovanın vəziyyətləri nəzərə alınaraq bu gün günorta saatlarında Respublika Toksikologiya Mərkəzinə göndəriliblər.


Axşam saatlarında isə ailənin övladı 16 yaşlı Mehri Şıxamorova və gəlinləri 25 yaşlı İlhamə Şıxamirova da müayinə olunmaq üçün Respublika Toksikologiya Mərkəzinə aparılıblar.