ABŞ-dakı Maine Universiteti ilə Avstraliyadakı Cənubi Avstraliya Universitetinin alimləri qatıqla yüksək təzyiq arasındakı əlaqəni araşdırıb.
Medicina.az xəbər verir ki, araşdırmaya yüksək təzyiq xəstəsi olan 915 yetişkin qatılıb.
Məlum olub ki, qatıq yeyən yüksək təzyiq xəstələrinin təzyiqləri önəmli dərəcədə enib.
Nəticələr “International Dairy Journal” da yayımlanıb.
Həmçinin, qatıq yeməyin təzyiqi normada olanlarda dəyişikliyə yol açmadığı da qeyd edilib.