Diyetoloqlar qatıq suyunun ən azı qatıq qədər faydalı olduğunu bildirirlər. Amma bu maye əslində düşünüldüyündən daha da xeyirlidir.
Medicina.az qatığın özündən də faydalı suyu haqqında bir çoxlarının bilmədikləri faydalı xüsusiyyətlərini açıqlayır:
1. Suyun tərkibində olan kalsium, zülal və B vitaminləri aclıq hissini aradan qaldırır, yağ yandırır. Bu isə artıq çəki problemləri olan insanlar üçün faydalıdır.
2. Qatıq suyunun tərkibində olan faydalı bakteriyalar bağırsaq florasını bərpa edərək qəbizlik problemini aradan qaldırır.
3. Halsızlıq, çəki artması, həyəcan, narahatlıq kimi problemlərə səbəb olan tiroid xəstəlikləri də qatıq suyu çox faydalıdır.
4. Şəkər xəstələri və ya insulin müqaviməti olan şəxslər üçün qatıq suyu təbii dərman kimidir. Qandakı şəkər miqdarını normada saxlayaraq xəstənin müqavimətinin artmasında olduqca faydalıdır.
5. Fitness, pilates, qaçma və sürətli yerimə kimi əzələləri işlədən və insanı yoran bir çox fiziki aktivliklər zamanı əzələlərin qidalanması və yenilənməsində də qatıq suyu müsbət rol oynayır.
6. Əzələ yığmaq istəyən idmançılar üçün yaxşı seçimdir. Bundan əlavə maddələr mübadiləsini sürətləndirdiyi üçün daha yaxşı nəticə verir.
7. Böyrəklərində qum və ya daş olanlar hər gün armudu stəkanın yarısından qatıq suyu içsələr müsbət nəticə əldə edərlər.
8. Qatıq suyu həmçinin zərərli xolestorolun azalmasına da kömək edir. Yorğunluq və halsızlıq zamanı faydalıdır. Tərkibində olan vitaminlər və minerallar sayəsində bədənə qüvvət verir. Həmçinin də sidik yollarını təmizləyir.
Arzu
Medicina.az