Qatıq fermentləşdirilmiş məhsullara aiddir, yəni fermentasiya təsiri altında əldə edilir.
“Medicina” məlumatına görə, diyetoloq Yevgeniya Simankova bildirir ki, qatıqda xolesterin səviyyəsini normallaşdıran çoxlu miqdarda probiyotik var.
Fermentləşdirilmiş qidaların mədə-bağırsaq traktının fəaliyyətinə təsiri dietoloqlar tərəfindən tədqiq edilmişdir. Onlar aşkar ediblər ki, qatıqda olan “yaxşı bakteriyalar” şişkinliyi, mədə ağrısını, bağırsaq narahatlığını, ishal və qəbizliyi aradan qaldıra bilir.
Qatıq həmçinin arıqlamağa kömək edir. Fermentasiya edilmiş qidalar maddələr mübadiləsinə kompleks təsir göstərə bilər, onların müntəzəm istifadəsi bədən çəkisini azaltmağa, yağ mübadiləsini, qlükoza və insulin səviyyəsini normallaşdırmağa kömək edir.
Qidalanma mütəxəssisləri gündə 200 ml fermentləşdirilmiş süd məhsulları istehlak etməyi məsləhət görürlər, bu, iştahı düzəltməyə, bədəndəki yağ toxumasının miqdarını azaltmağa və sağlamlığa zərər vermədən artıq çəkidən qurtulmağa kömək edəcəkdir.
Qatıq həm də immuniteti yaxşılaşdırır. Probiyotiklərlə və liflə zəngin qidaları mütəmadi olaraq qəbul edənlərin xəstəliklərə daha yaxşı dözümlü olduğu elmi şəkildə sübut edilmişdir.
Yaz aylarında qəlyanaltı kimi qatıqdan istifadə etmək olar.
Hamiləlik və ana südü ilə əmizdirmə zamanı qatıq yemək faydalıdır. Bu məhsul qadın orqanizmində vacib vitamin və mineralların çatışmazlığını doldurur.
Ana südü ilə qidalandırarkən bu əvəzolunmaz bir məhsuldur, çünki ana südü ilə uşağın bədəninə daxil olan qatıq körpənin həzm sisteminə təsir göstərə bilər.
Aygün Musayeva