Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qatığa hansı ədviyyatları qatmaq faydalıdır?

  • 2022.10.27 15:18
  • 4232 Baxış
Qatığa hansı ədviyyatları qatmaq faydalıdır?

Özünüzü bu xəstəliklərdən qorumaq istəyirsinizsə, ədviyyatlar əlavə olunmuş qatıq için.

Qatıq bağırsaqların mikroflorasına çox müsbət təsir edir ki, bu immun sistemini möhkəmləndirir. Ədviyyatlar isə güclü mikrob və virus əleyhinə təsirə malikdir.

"Medicina" xəbər verir ki, Mütəxəssislər hər gün 1 stəkan müxtəlif ədviyyatlar əlavə olunmuş qatıq içməyi tövsiyə edirlər.

Qatıq + razyana

İltihabı azaldır, köpü aradan qaldırır, şişkinliyi azaldır, üz dərisinə müsbət təsiri var, sakitləşdirir.

Qatıq + mixək

Güclü antiseptik xüsusiyyəti var, yuxusuzluq və sinir gərginliyi zamanı kömək edir.

Qatıq + sarıkök

İmmun sisteminin fəaliyyətini əla stimullaşdırır, soyuqdəymədən qoruyur, oynaqlarda iltihabı azaldır, qaraciyər üçün çox faydalıdır.

Qatıq + zəfəran

Ürək üçün faydalıdır, beyinin fəaliyyətini yaxşılaşdırır, insanı gümrah edir. Səhər için.

Qatıq + darçın

Mədə-bağırsaq sisteminin fəaliyyətini yaxşılaşdırır, iltihab əleyhinə təsirə malikdir, arıqlamağa kömək edir.

Qatıq + zəncəfil

Orqanizmi ziyanlı maddələrdən təmizləyir, soyuqdəymə xəstəliklərinin qarşısını alır, immun sistemini və maddələr mübadiləsini stimullaşdırır. /saglamolun.az/