Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qatığa 1 qaşıq əlavə edin - Arıqladır, immuniteti gücləndirir...

  • 2025.02.03 12:05
  • 320 Baxış
Qatığa 1 qaşıq əlavə edin -  Arıqladır, immuniteti gücləndirir...

Mütəxəssislər xüsusilə immunitet sistemini gücləndirmək və həzm sistemini dəstəkləmək üçün qatıq və qara zirəni müntəzəm olaraq yeməyi tövsiyə edir.

Medicina.az xəbər verir ki, qatıq tərkibindəki probiotiklərlə zəngin olduğu üçün bağırsaq florasını dəstəklədiyi halda, qara zirə antioksidant və immuniteti gücləndirən xüsusiyyətləri ilə diqqət çəkir.

İkisi bir araya gəldikdə, həzmi asanlaşdırır, iltihabın qarşısını alır və bədəni toksinlərdən təmizləyir.

Qatıq tərkibindəki probiyotiklər sayəsində bağırsaq florasını tarazlaşdırarkən, qara zirə liflə zəngin quruluşu ilə qəbizlik kimi həzm problemlərini aradan qaldırır.



Birlikdə mədə və bağırsaq sağlamlığını dəstəkləyir və həzm sisteminin daha aktiv işləməsini təmin edir.

Maddələr mübadiləsini sürətləndirici təsirə malik olan bu qarışım, toxluq xüsusiyyəti sayəsində çəki nəzarətinə də kömək edir.

Xüsusilə gecə yatmazdan əvvəl yedikdə bədəni yağ yandırmağa təşviq edərək sağlam kilo itkisini dəstəkləyir. O, həmçinin xolesterol və qan şəkərini normada saxlamağa kömək edir.

Gündə bir kasa qatığa bir çay qaşığı təzə üyüdülmüş qara zirə əlavə etməklə bu təbii müalicəni tətbiq edə bilərsiniz.

Ancaq xroniki xəstəlikləri olan və ya dərman qəbul edənlərin istifadə etməzdən əvvəl həkimləri ilə məsləhətləşmələri tövsiyə olunur.

Aygün
Medicina.az