Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Qastroenteroloqlar xəbərdarlıq edir – Qazlı sular təhlükəlidir

  • 2019.04.24 10:29
  • 10188 Baxış
Qastroenteroloqlar xəbərdarlıq edir –  Qazlı sular təhlükəlidir

Minnesota alimlərinin bildirdiklərinə görə, qazlı sular xərçəng də daxil olmaqla bir çox mədə-bağırsaq xəstəlilərinə səbəb olmasına baxmayaraq çox populyardırlar.

 

Medicina.az bildirir ki, alimlər 60.000 Sinqapur sakini üzərində 14 il müddətində müşahidələr apararaq bu nəticəyə gəliblər. Məlum olub ki, qazlı suları xoşlayan insanların 87%-də mədəaltı vəzin xərçəngi riski yaranır. 


Bundan başqa hətta qazlı mineral sular da sağlamlıq üçün təhlükəlidir. Əsasən də süni şəkildə qazlaşdırılmış sular daha çox zərərlidir. Bunun səbəbi isə qazlı suyun tərkibində olan karbon qazının mədənin selikli qişasına qıcıqlandırıcı təsir göstərərək onun daha çox miqdarda aqressiv xlorid turşusu sintez etməsinə səbəb olmasıdır. Bu zaman köpmə və həzm traktının pozulması baş verir. Buna görə də, qazlı su insanad qastrit, mədəaltı vəzin  və bağırsağın xorası kimi xəstəliklərə yol açır. 


Həkimlər gün ərzində 2 stəkandan çox qazlı su içməyi məsləhət görmürlər. Yüksək turşuluqla müşahidə edilən xroniki qastrit və xora zamanı mineral suyu bir dəfəyə, az turşuluq zamanı isə əksinə xırda qurtumlarla içmək lazımdır.